Texniki tənzimləmə və standartlaşdırma şöbəsi

Texniki tənzimləmə və standartlaşdırma şöbəsi aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- texniki tənzimləmə və standartlaşdırma sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həmin siyasəti həyata keçirmək;

- öz səlahiyyəti çərçivəsində müxtəlif maraqlı tərəflərə texniki tənzimləmə və standartlaşdırma sahəsi üzrə təşkilati-metodiki köməklik göstərmək;

- iqtisadiyyatın müxtəlif tələblərinə uyğun standartlaşdırma üzrə milli proqramların hazırlanmasına dair təkliflər vermək;

- muxtar respublikada beynəlxalq və regional standartların maksimal istifadəsini təmin etmək;

- texniki reqlamentlər, standartlaşdırma sahəsində normativ sənədlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar haqqında informasiya verilməsi, ixrac istiqamətində göndəriləcək məhsul olduqda beynəlxalq standartlara əsasən təsbit olunmuş norma, qayda və prosedurların icrası üzrə informasiya dəstəyi göstərmək;

- standartlaşdırma üzrə dövlət fondunun təkmilləşdirilməsi barədə təkliflər vermək;

- müvafiq sahənin inkişafının təmin edilməsi istiqamətində lazımi tədbirlər görmək;

-qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.