Rəqabətin qorunması və istehlakçı hüquqlarının müdafiəsi şöbəsi

Rəqabətin qorunması və istehlakçı hüquqlarının müdafiəsi şöbəsi aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- rəqabətin qorunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

- müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;                       

- istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinin təmin olunması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət siyasətinin həyata keçirilməsində, eləcə də ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;

- reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;                                                       

-  müvafiq sahənin inkişafının təmin edilməsi istiqamətində lazımi tədbirlər görmək;                                                                                    

- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.