Patent şöbəsi

Patent şöbəsi aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

- əmtəə nişanı, coğrafi göstərici, sənaye nümunəsi, ixtira və faydalı modelin qeydiyyatı ilə bağlı Xidmətə daxil olan iddia sənədlərinin ilkin ekspertizasını həyata keçirmək;

- qeydiyyata alınmış əmtəə nişanı, coğrafi göstərici, sənaye nümunəsi, ixtira və faydalı modelin beynəlxalq hüquqi mühafizəsini təmin etmək məqsədilə qanunvericiliyə uyğun olaraq səlahiyyətləri daxilində sənədləri qəbul etmək, qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə göndərilməsini təmin etmək;

- sənaye mülkiyyəti obyektlərinin qorunmasını və hüquqlarının həyata keçirilməsini təmin etmək, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısını almaq və bununla bağlı müvafiq tədbirlər görmək;

-  müvafiq sahənin inkişafının təmin edilməsi istiqamətində lazımi tədbirlər görmək;

- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.